Səhrada 3 günlük həyat mübarizəsi

18 Fevral 2013 17:24 (UTC+04:00)

Avstraliyada ingilis turist yürüşə çıxdıqdan sonra parkurun xaricinə çıxdan zaman gözdən itib. Çölün istisində 3 gün ərzində yaşam mübarizəsi verən gənc, paltarlarını birləşdirərək SOS yazaraq xilas olub. Movqe.Az-ın xəbərinə görə, Avstraliyanın Quinslend bölgəsində yürüşə çıxdıqdan sonra itən gənc turist Sam Vudhed, çölün istisində 3 gün keçirdikdən sonra sağ tapılıb. 18 yaşlı sörfçü gənc, paltarlarını parçalayıb yerə 4.5 metrlik SOS (kömək) yazısı yazaraq axtarış vertolyotu tərəfindən fərq edilib. Xəstəxanaya qaldırılan gəncin sağlamlığı yoxlanıldıqdan sonra vəziyyətinin yaxşı olduğu aydın olub.  40 dərəcə istidə yeməksiz, susuz həyat mübarizəsi verən Sam, 3 gün ərzində çantasında daşıdığı linza dəyişdirmə suyunu və sidiyini içdiyini bildirib. "The Mail on Sunday" qəzetinə müsahibə verən gənc, "Yaşamaq üçün üç gün daha mübarizə verə bilməzdik, ölmək ya da xilas olmaq istədim, yalnız bu vəziyyətin yekunlaşmağını istədim." deyib.