İran Budda heykəllərini toplatdı

18 Fevral 2013 18:00 (UTC+04:00)

İranın paytaxtı Tehranda satılan Budda heykəllərinə polis tərəfindən əl qoyulub. Movqe.Az-ın verdiyi məlumata görə, Səlahiyyətlilər Buddizmə aid görüşlərin bəzək-düzəklər vasitəsilə yayılmasına icazə verməyəcəklərini söyləyib və, Mədəni Mirası Qoruma rəhbərliyi başçısı Səid Caber Ensari, Budda heykəllərinin mədəni işğalın simvolu olduğunu bildirib. Çin malı Budda bəzək-düzəklər, ümumiyyətlə ev və avtomobil bəzəyi olaraq istifadə edilirdi. İran rəhbərliyi əvvəllər qərbin mədəni işğal planlarının simvolu olaraq görülən "Barbie" oyuncaqları ilə "Simpsons"  qəhrəmanlarının sərgilənməsini və satılmasını qadağan etmişdi.