Rihannanın çətin anları

18 Fevral 2013 15:43 (UTC+04:00)

Rihanna  Londonda qatıldığı bir yığıncaqdan dizindən yaralanaraq ayrılıb. Movqe.Az-ın xəbərinə görə, Londondakı bir yığıncaqda bir adam Rihannaya doğru bir şüşə atıb və müğənniyə istiqamətli olaraq Kris Broun ilə əlaqədar bəzi sözlər qışqırıb. Dedi-qodulara görə Rihanna, "The Box" adlı bir klubdan çıxdığı zaman ona bir şüşə "Lucozade" adlı ingilis marka bir enerji içkisi atılıb. Xatırladaq ki, Rihanna İngiltərəyə "London Moda Həftəsi" üçün getmişdi.