Heydər Əliyev Mərkəzinin parkında dincələnlər üçün konsert təşkil olunub (FOTO)

18 İyun 2017 22:27 (UTC+04:00)

Heydər Əliyev Mərkəzinin parkında həftə sonları müxtəlif əyləncə proqramları təşkil edilir.

Bu həftəsonu isə Mərkəzin parkında “BuzZ band”in konserti olub.

Şəhər sakinləri və qonaqlar gözəl musiqilərin sədaları altında dincəlib və rəqslər ediblər.