Yevlaxda yanğın olub

18 İyun 2017 23:14 (UTC+04:00)

Yevlax rayonu, Nərimanabad kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 8 ton ot bağlamasının 3 tonu yanıb. 

Movqe.az  Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 18:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.