Azərbaycanda sabiq prorektor həbs edildi

19 İyun 2017 10:56 (UTC+04:00)

Azərbaycanda axtarışda olan şəxs saxlanılıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Abşeron Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan, 1952-ci il təvəllüdlü Rahim Zaman oğlu Əzizov Nəsimi rayonu ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Əzizov Azərbaycan Müəllimlər İnstitutunun sabiq prorektoru olub.