Avroliqa: 3 klubumuzun rəqibləri müəyyənləşəcək

19 İyun 2017 12:13 (UTC+04:00)

Movqe.az goal.az-a istinadən xəbər verir ki, Püşk nəticəsində Azərbaycanın 3 klubunun da rəqibi müəyyənləşəcək.

I təsnifat mərhələsinin püşkü Bakı vaxtı ilə saat 15:00-da 100 klub arasında atılacaq. Bu zaman səpələnmişlər sırasında yer alan "İnter" və "Zirə" daha aşağı reytinqli 50 komandanın 48-dən biri ilə qarşılaşmaq imkanı qazanacaq. 

Bu mərhələni adlayacaq 50 komandadan II təsnifat mərhələsində 21-i yüksək reytinqləri səbəbindən səpələnmişlər, 29-u isə səpələnməmişlər səbətinə düşəcək. Onlar 12 səpələnmiş, 4-ü səpələnməmiş komandaların sıralarına qoşulacaqlar. Nəticədə II təsnifat mərhələsindəki oyunların sayı 33-ə enəcək. Bu mərhələdə "Qəbələ" səpələnmişlər sırasında rəqibini gözləyəcək. Mərhələ adlayacağı təqdirdə, "İnter" də səpələnmişlər arasında yer alacaq. "Zirə" isə rəqibini üstələsə, səpələnməmişlər səbətinə düşəcək.

II təsnifat mərasiminin püşkatma mərasimi saat 16:30-da başlanacaq.

Avropa Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər: “Makkabi” (Təl-Əviv, İsrail), “Midtyulland” (Danimarka), “Dinamo” (Minsk, Belarus), “Lex” (Polşa), HİK (Finlandiya), AİK (İsveç), “Voyvodina” (Serbiya), “Videoton” (Macarıstan), AEL (Limassol, Kipr), “Şaxtyor” (Soliqorsk, Belarus), “Slovan” (Bratislava, Slovakiya), “Srvena Zvezda” (Serbiya), “Trençin” (Slovakiya), “Skenderbeu” (Albaniya), “Rayndorf” (Altax, Avstriya), “Sent Conston” (Şotlandiya), AEK (Larnaka, Kipr), “İnter” (Bakı, AZƏRBAYCAN), “Beytar” (Yerusəlim, İsrail), “Ventspils” (Latviya), “Odd” (Norveç), “Kayrat” (Qazaxıstan), “Osiyek” (Xorvatiya), “Sarayevo” (Bosniya və Herseqovina), “Reykyavik” (İslandiya), “Norrçöpinq” (İsveç), “Milsami” (Moldova), “Lünqbü” (Danimarka), “Nımme Kalyu” (Estoniya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Botev” (Bolqarıstan), “Olimpiya” (Lyublyana, Sloveniya), “Valletta” (Malta), “Vaduts” (Lixtenşteyn), “Yagelloniya” (Polşa), “Levski” (Sofiya, Bolqarıstan), MOİK (Sofiya, Bolqarıstan), “Styarnan” (İslandiya), “Hoqesund” (Norveç), “Domjale” (Sloveniya), “Ordabaşı” (Qazaxıstan), “Levadiya” (Estoniya), “Ferentsvaroş” (Macarıstan), “Kruzaders” (Şimali İrlandiya), “Rabotniçki” (Makedoniya), “Qlazqo Reyncers” (Şotlandiya), “Şirak” (Ermənistan), “Daçiya” (Kişinyov, Moldova), “Mladost” (Monteneqro), “Zirə” (AZƏRBAYCAN)

Səpələnməmişlər: “İrtış” (Qazaxıstan), “Şiroki Briyeq” (Bosniya və Herseqovina), “Fola Eş” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Şkendiya” (Makedoniya), “Qoritsa” (Sloveniya), “Sutyeska” (Monteneqro), “Pünik” (Ermənistan), “Partizani” (Albaniya), “Mladost” (Luçani, Serbiya), “Şemrok Rovers” (İrlandiya), “Flora” (Estoniya), “Çixura” (Gürcüstan), “Linkoln” (Cəbəllütariq), “Yelqava” (Latviya), SJK (Selnayoki, Finlandiya), “Kork Siti” (İrlandiya), “Zeta” (Monteneqro), B-36 (Torshavn, Farer adaları), “Rujomberok” (Slovakiya), “Derri Siti” (İrlandiya), “Liepaya” (Latviya), “Zarya” (Beltsı, Moldova), VPS (Vaasa, Finlandiya), “Valyur” (Reykyavik, İslandiya), “Vaşaş” (Macarıstan), “Tirana” (Albaniya), “Atlantas” (Litva), “Suduva” (Litva), “Qandzasar” (Qafan, Ermənistan), “Torpedo” (Kutaisi, Gürcüstan), “Trakay” (Litva), “Tre Penne” (San-Marino), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), NSİ (Runavik, Farer adaları), “Baltsan” (Malta), “Konnak” (Uels), “Banqor Siti” (Uels), “UE Santa Koloma” (Andorra), “Proqres” (Niderkorn, Lüksemburq), “Pelister” (Makedoniya), “Folqor” (San Marino), “Floriana” (Malta), “Kolreyn” (Şimali İrlandiya), “Ballimena Yunayted” (Şimali İrlandiya), “Sent Culiya” (Andorra), “Klaksvik” (Farer adaları), “Sent Cozef” (Cəbəllütariq), “Priştina” (Kosova)

İlk oyunlar iyunun 29-da, cavab görüşləri iyulun 6-da keçiriləcək.

 

II təsnifat mərhələsi

Səpələnmişlər: “Qalatasaray” (Türkiyə), “Astra” (Curcu, Rumıniya), “Hayduk” (Split, Xorvatiya), “Apollon” (Limassol, Kipr), “Mlada Boleslav” (Çexiya), “Lütsern” (İsveçrə), “Brondbü” (Danimarka), “Qəbələ” (Azərbaycan), “Aberdin” (Şotlandiya), “Utrext” (Hollandiya), “Şturm” (Qrats, Avstriya), “Panionios” (Yunanıstan)

Səpələnməmişlər: “Bney Yehuda” (İsrail), “Dinamo” (Brest, Belarus), “Ostersund” (İsveç), “Brann” (Norveç)

İlk oyunlar iyulun 13-də, cavab görüşləri iyulun 20-də keçiriləcək.