"Qarabağ"ın rəqiblərinin sayı 5-ə düşdü

19 İyun 2017 15:10 (UTC+04:00)

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqiblərinin siyahısı qısaldılıb.

Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Ağdam təmsilçisi 5 komandadan biri ilə qarşılaşacaq.

Bunlar "Jalgiris" (Litva), "Düdelange" (Lüksemburq), "Buduçnost" (Monteneqro), "Samtredia" (Gürcüstan) ilə yanaşı, I təsnifat mərhələsindəki cütlərdən birinin qalibi olacaq.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.