"Microsoft" "Apple"i ideya oğurluğunda ittiham etdi

19 İyun 2017 17:36 (UTC+04:00)

"Microsoft" rəhbərliyi "Apple" şirkətini ideya oğurluğunda ittiham edir.Movqe.az-ın xəbərinə görə, sensasion bəyanatla "Microsoft" rəhbəri Maykl Qevin çıxış edib.
 
Onun fikrincə, "iPad Pro" "Surface"ın plagiat variantıdır: "Bizim bir neçə ildir getdiyimiz yolu "Apple" şirkəti indi seçir. Bir neçə il əvvəl biz "Surface" qurğularını təqdim edəndə "Apple" skeptik yanaşmasını ortaya qoydu. Amma tezliklə "iPad Pro" peyda oldu".
 
Qeyd edək ki, "Apple" şirkəti "iPad Pro"nu bu yaxınlarda keçirilən WWDC 2017 sərgisində təqdim edib. Bu qurğu noutbuku əvəz edə biləcək planşetdit.

lent.az