Çinin peyki orbitə çatmadı - Bəs harda?

19 İyun 2017 17:57 (UTC+04:00)

Çinin Sıçuan əyalətində kommunikasiya peykinin buraxılışı uğursuzluğa düçar olub.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, “Çjunsin-9A” peyki nəzərdə tutulan orbitə çatmayıb.

Uğursuz buraxılışın səbəbi hələlik məlum deyil. Hazırda mütəxəssislər qeydə alınan qüsurların səbəbini araşdırır.

Aparatın uçuş trayektoriyasını təkrar hesablayan mütəxəssislər peykin nəzərdə tutulan orbitə çatdırılmasına çalışırlar.