"Arsenal"ın futbolçusu da evləndi - FOTO

19 İyun 2017 18:27 (UTC+04:00)

"Arsenal"ın yarımmüdafiəçisi Cek Uilşir də ailə həyatı qurub. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, 25 yaşlı futbolçu Toskanada toy mərasimi təşkil edib. Britaniyalı ulduz Kreyq Devidin iştirak etdiyi toy 3 gün olub. Uilşirin ailə qurduğu qadın Andriani Maykl onun bərbərinin qızıdır. Futbolçunun keçmiş rəfiqəsi Loren Nildən 2 övladı var. Uilşir ötən mövsümü icarə əsasında "Bournemouth"un şərəfini qoruyub.