ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb

20 İyun 2017 10:07 (UTC+04:00)

Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb.
 
Movqe.az-ın APA-ya istinadən  məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
 
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.
 
Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır.