Nazirlik işsizlər üçün onlayn sistem yaradacaq

20 İyun 2017 13:10 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsizlər üçün onlayn sistem yaradacaq.

Movqe.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

O qeyd edib ki, bu sistem vasitəsilə istənilən maraqlı şəxs özünə iş yeri tapa biləcək.

Nazirin sözlərinə görə, oxşar sistem işçi axtaran işəgötürənlər üçün də yaradılacaq.