Bu qadın həbsxanasına "cəhənnəm" deyirlər - FOTO

1 Noyabr 2017 14:46 (UTC+04:00)

İsraildəki həbsxanalarda təqribən 25 min məhbus var və onların 14 min nəfəri məişət cinayətləri törətdiklərinə görə azadlıqdan məhrum olunublar.

Movqe.az milli.az-a istinadən bildirir ki, yerdə qalan məhbuslar təhlükəsihliklə bağlı həbs olunublar. Onların əksəriyyəti fələstinlilərdir.

İsraildə 200 qadın məhbus var və onlar bir yerdə, Ramla şəhərindəki Neve Triza həbsxanasında cəza çəkirlər.

Paytaxt Təl-Əvivin yaxınlığında yerləşən, 1968-ci ildə ilk məhbusları "qəbul" etmiş bu həbsxana kiçik, yarıuçulu, hədsiz dərəcədə basırıq bir məkandır. Kameraların tam əksəriyyətinin sahəsi 13 m2-dir.

Hər kamerada 5-6 qadın məhbus saxlanır.

Birləşmiş Millətlər Təşkilatının standartlarına görə, statusundan asılı olmayaraq insanın əsas hüquqları arasında 8 m2 sahəli yaşayış məkanı var.

Neve Trizada isə hər qadın məhbusa ən uzağı 2 m2 məkan düşür.

Onlar 18-70 yaş arasındakı qadınlardır.

İsrailli fotoqraf Tomer İfrahın "cəhənnəm" adlandırılan həbsxanada hazırladığı fotoseriyanı təqdim edirik.