Formula 1 Azərbaycan qran-prisinin vaxtı dəyişdi

20 İyun 2017 12:44 (UTC+04:00)

FİA-nın avto idman üzrə ümumdünya şurası növbəti mövsüm üçün ilkin təqvimi təsdiqləyib.

Movqe.az goal.az-a istinadən xəbər verir ki, dünya çempionatın yeni sahibləri bu addımı xeyli tez atıblar, promouterlər reklam kompaniyalarına vaxtından əvvəl başlaya bilərlər.

Açıqlanan təqvimdə bu illə müqayisədə olduqca maraqlı dəyişikliklər var. Bu il olduğu kimi, 2018-ci ildə də mövsümün ilk yarışı mart ayının sonuncu bazar günü keçiriləcək. 4-cü yarış isə Soçidə yox, Bakıda baş tutacaq.

Təqvimə qayıdan Fransa yarışı Kanada qran-prisindən sonra baş tutacaq. Rusiyada isə əvvəl olduğu kimi, payızda keçiriləcək. Yazda keçirilməməsinin səbəbi ölkədə təşkil olunacaq futbol üzrə Dünya Kubokuna hazırlıqdır. Təqvimdə 21 mərhələ var: Malayziya bu il sonuncu dəfə yarışı qəbul edir, Fransa və Almaniya rəqabətə qayıdırlar.

23-25 mart    Avstraliya    Melburn, Albert Park
6-8 aprel    Çin (*)    Şanxay
13-15 aprel    Bəhreyn    Saxir
27-29 aprel    Azərbaycan    Bakı, Bakı Şəhər Halqası
11-13 may    İspaniya    Barselona, Katalunya
24-27 may    Monako    Monte Karlo
8-10 iyun    Kanada    Monreal, Jil Vilnöv adına tras
22-24 iyun    Fransa    La Kastelle, Pol Rikar
29 iyun-1 iyul    Avstriya    Şpilberq, Red Bull Rinq
6-8 iyul    Böyük Britaniya    Silverstoun
20-22 iyul    Almaniya    Hokkenhaym, Hokkenhaymrinq
27-29 iyul    Macarıstan    Budapeşt, Hunqarorinq
24-26 avqust    Belçika    Spa
31 avqust-2 sentyabr    İtaliya    Montsa
14-16 sentyabr    Sinqapur (*)    Sinqapur, Marina Bey
28-30 sentyabr    Rusiya    Soçi
5-7 oktyabr    Yaponiya    Suzuka
19-21 oktyabr    ABŞ    Ostin
26-28 oktyabr    Meksika    Mexiko, Rodriges qardaşları adına tras
9-11 noyabr    Braziliya    San Paulu, İnterlaqos
23-25 noyabr    Əbu Dabi    Əbu Dabi, Yas Marina
* – hələ təsdiq olunmayıb