İstanbulda partlayış: Yaralı var

20 İyun 2017 15:15 (UTC+04:00)

İstanbulda sabun istehsalı müəssisəsində partlayış baş verib.

Movqe.az  xəbər verir ki, partlayış şəhərin Maltəpə rayonunda qeydə alınıb.

Partlayışın müəssisədəki sobalardan birinin genişlənməsi nəticəsində baş verdiyi bildirilir.

Hadisə nəticəsində bir nəfər xəsarət alıb, yaxınlıqdakı avtomobilləra ziyan dəyib.