Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmayıb

20 Fevral 2013 12:04 (UTC+04:00)

Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın barəsində seçilmiş həbs-qətimkan tədbiri haqqında məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə Movqe.az-a  vəkili Eldar Qədimi məlumat verib. E.Qədimi apellyasiya şikayətinin təmin olunmadığını bildirib.

Qeyd edək ki, G. Əhmədova Cinayət Məcəlləsinin 178.3.2 və 307.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Həmin qərardan isə apellyasiya şikayəti verilərək, qərarın ləğv olunması istənilib.