Azərbaycanda 10-a yaxın bank kapital tələblərinə cavab vermir

21 İyun 2017 14:10 (UTC+04:00)

Azərbaycanda 10-a yaxın bank Maliyyə Bazarlarına Nəzarət Palatasının kapital tələblərinə cavab vermir.

Movqe.az-ın  məlumatına görə, bunu Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev deyib.

O qeyd edib ki, bu nəticələr yerli bankların beynəlxalq auditinin yekunları əsasında əldə edilib.