Rusiyanın "İrAero" aviaşirkəti Krasnoyarskdan Bakıya ilk beynəlxalq reysi həyata keçirib.
Movqe.az xəbər verir ki, bu barədə Trendə Yemelyanova beynəlxalq aeroportuna istinadən məlumat verir.
Krasnoyarsk-Bakı marşrutu üzrə ilk reys iyunun 21-də icra olunub. Təyyarədə yerlər tam dolub.
Bundan sonra uçuşlar ilin sonunadək yay cədvəli üzrə həftədə iki dəfə - çərşənbə və bazar günləri yerinə yetiriləcək.