Moldova Prezidenti Fəxri Xiyabanda olub - FOTO

22 İyun 2017 14:48 (UTC+04:00)

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodon iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoydu, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdi.  Movqe.az xəbər verir ki, Prezident İqor Dodon görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzüb.