"WhatsApp"da hər formatda faylın göndərilmsi mümkün olacaq

23 İyun 2017 13:02 (UTC+04:00)

Məşhur mesajlaşma platforması "WhatsApp" istifadəçilərinə hər formatda fayl göndərə bilmək imkanı planlaşdırır. Movqe.az xəbər verir ki, göndəriləcək faylların tam keyfiyyəti hələ müəyyən olmasa da, ölçülərində məhdudiyyət gözlənilir. iOS istifadəçiləri üçün 128 MB, Android istifadəçiləri üçün  100 MB, "WhatsApp-Web" istifadəçiləri üçün isə 64 MB-lıq sərhəd olacaq. Hələlik test mərhələsində olan bu xidmət yaxın zamanda "WhatsApp" tərəfindən dövriyyəyə buraxılması gözlənilir.

Mübariz BAYRAMOV