İkinci böyük soyğun

20 Fevral 2013 19:16 (UTC+04:00)

Belçika hava limanındakı almaz soyğunundan 24 saat keçmədən Fransanın paytaxtı Parisdə də 4 milyon dollarlıq almaz oğurlanıb. Dünən gecə Parisdəki "Printemps" mağazasına gələn silahlı şəxslər De Beers almazları məcburi alaraq qaçıblar. Movqe.Az-ın məlumatına görə, hadisədə ölən ya da yaralananların olmadığı bildirilib. Məşhur almaz ləl-cəvahirat istehsalçısı De Beers, hadisə ilə əlaqədar heç bir şərh etməyib. Bir gün əvvəl gecə də maskalı soyğunçular Brüssel hava limanında 50 milyon dollar dəyərindəki almazı oğurlamışdılar. Brüssel Hava limanında 8 soyğunçu 5 dəqiqə içərisində təxminən 50 milyon dollarlıq almaz oğurlayıblar. Polislər ən  kiçik ipucuna belə rast gəlməyiblər.