Aktyor Vladimir Etuş reanimasiyaya yerləşdirilib

26 İyun 2017 20:00 (UTC+04:00)

95 yaşlı aktyor Vladimir Etuş Moskvada reanimasiyaya yerləşdirilib.

Movqd.az-ın trend-ə istnadən  məlumatına görə, onun poliklinikanın pilləkənindən yıxılaraq zədə aldığı bildirilir. Vladimir Etuşun çalışdığı Vaxtanqov adına Moskva teatrının direktoru qeyd edib ki, sabah təqdim olunacaq tamaşada o, digər aktyorla əvəz olunacaq.

Kəskin xarakterli və komik rolların mahir ifaçısı olan Vladimir Etuşun ən məşhur rolları Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarında olub.