Bakıda top mərmisi tapılıb (FOTO)

26 İyun 2017 20:30 (UTC+04:00)

Sabunçu rayonunda Gülçülük savxozu adlanan ərazidə 1 bağçılıq sahəsinə baxış keçirilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Movqe.az-a verilən məlumata görə, baxış zamanı 1 ədəd 76 mm-lik top mərmisi (OF-350) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

(Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Ümumilikdə agentlik tərəfindən yanvar 1-dən bu günədək respublika ərazisində 5 780 ədəd partlamamış hərbi sursat, 191 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.