Gülər Əhmədovanın vəkili: "Hərdən bir nağıl danışırlar"
20 Fevral 2013 17:35 (UTC+04:00)
"Gülər Əhmədovanın qaldığı kamerda səs-küy salması, insanları
səhərədək yatmağa qoymaması ilə bağlı yayılan məlumatlar nağıldır.
Hərdən durub özlərindən bir nağıl danışırlar. Gülər Əhmədova
saxladığı kamerda özünü nümunəvi aparır. Səhhətində yaranan
problemlə bağlı həkimlər onu nəzarətdə saxlayırlar. Əvvəllər millət
vəkili olduğuna görə, özünə hansısa güzəştlərin edilməsini tələb
etmir. Onun təcridxananın rəhbərliyi ilə arasında heş bir konflikt
yoxdur. Orada hamı necə, Gülər Əhmədova da elədir".
Bu sözləri Movqe.az-a Gülər Əhmədovanın vəkili Eldar Qədimi sabiq
millət vəkilinin istintaq təcridxanasında özünü pis aparması ilə
bağlı yayılan məlumatlara münasibətində bildirib: "Düzdür Gülər
Əhmədovanın səhhətində ciddi problemlər var. Ona görə biz
apelyasiya şikayəti vermişdik. Amma appelyasiya şikayəti təmin
olunmayıb deyə, yaxudda Gülər Əhmədovanın xəstəxanaya
köçürülməsi üçün dava-dalaş etməsi xəbəri yalandır. Gündə
özlərindən bir nağıl uydurub danışırlar".