Əsəd:"Mən heyvan deyiləm"

21 Fevral 2013 15:15 (UTC+04:00)
Əsəd İordaniyalı səlahiyyətlilərlə görüşüb. Movqe.az bildirir ki, 2014-cü il seçkilərində yenidən Prezidentliyə namizəd olacağını açıqlayan Suriya Dövlət Başçısı Bəşər Əsəd, "Prezident olmasam diş həkimliyi edərək Suriyalılara xidmət etməyə davam edərəm" deyib. Ölkəsində yaşanan qarşıdurmalarda həlak olanlar üçün böyük kədər duyduğunu vurğulayan Əsəd, "Qırğın görüntüləri dəhşətlidir. Bəzi insanlar mənim ətdən, sümükdən ibarət olduğumu unudur. Mən vəhşi bir heyvan deyiləm unutmayın ki, mən həkiməm, ölüm görəndə özümü pis hiss edirəm"deyib.