Xalq artistinin halı pisləşdi - Reanimasiyadadır

5 İyul 2017 11:56 (UTC+04:00)

Azərbaycanın xalq artisti Böyükxanım Əliyevanın qəfildən halı pisləşib. 

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə aktyor Rəhim Rəhimov məlumat verib. 
 
R. Rəhimov deyib ki, aktrisanın vəziyyəti yaxşı deyil və reanimasiyadadır.  
 
Aktyor onu da qeyd edib ki, B. Əliyevaya təcili olaraq mənfi rezuslu 3-cü qrup qan lazımdır.