Təhsil nazirliyi ali təhsil müəssisələrinə tapşırıqlar verdi
21 Fevral 2013 16:05 (UTC+04:00)
"Təhsil nazirliyi bu ilin cənab prezident ilham Əliyev tərəfindən
İKT ili elan olunması ilə əlaqədar ali məktəblərə tapşırıqlar
verib. Bu tapşırıqlar arasında ali təhsil müəssisələrinin
kitabxanaların elektron xidmət potensialının və
universitetlərin internet səhifələrinin səviyyəsinin yüksəldilməsi
ilə bağlı tədbirlərin görülməsi öz əksini tapıb".
Bu sözləri Mövqe.az-a Təhsil nazirliyinin mətbuat xidmətinin
rəhbəri Bayram Hüseynzadə verib. Onun sözlərinə görə, İKT ili ilə
bağlı bütün ali və orta təhsil müəssisələrində informasiya
texnologiyalarından istifadə ilə bağlı görülən işlər
sürətləndiriləcək: "Bura ali təhsil müəssisələrinin
kitabxanaların elektron xidmət potensialının və
universitetlərin internet səhifələrinin səviyyəsinin yüksəldilməsi
də daxildir".
Xatırladaq ki, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyasının iclasında da Korrupsiyaya qarşı
mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev ali təhsil
müəssisələrində kitabxanaların elektron xidmət potensialının və
universitetlərin internet səhifələrinin aşağı səviyyəsinin aşağı
olduğunu söyləmişdi.