Bakının mərkəzinə təyin edilən konsert təxirə salındı - NAZİRLİK AÇIQLADI

6 İyul 2017 19:15 (UTC+04:00)

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi Bakının mərkəzində keçirilməsi planlaşdırılan konsertini təxirə salıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Retro Bakı” layihəsi şəhər sakinləri və şəhərin qonaqlarına  həftə sonu istirahətlərinin maraqlı keçməsi məqsədi ilə təşkil olunur. Konsert proqramının saat 18:00-da Fəvvarələr Meydanında keçirilməsi planlaşdırılırdı. Tədbirin hansı səbəbdən təxirə salındığı bildirilməyib.