Novruz Məmmədov: Azərbaycan hökuməti heç bir diaspor təşkilatına danışıqlar aparmağa səlahiyyət verməyib

21 Fevral 2013 17:31 (UTC+04:00)

Azərbaycan hökuməti heç bir yerdə heç bir diaspor təşkilatına danışıqlar aparmağa səlahiyyət verməyib. Movqe.az-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəzi xarici ölkələrdə bir sıra təşkilatların azərbaycanlıların adından ermənilərlə danışıqlar aparmasına münasibət bildirərkən deyib.

"Biz belə danışıqları tanımırıq, belə bir danışıqların aparılmasının hüquqi əsası yoxdur. Düşünürəm ki, bunlar da müəyyən təsir altında, təyziq altında, şirnikləndirici proseslər nəticəsində bu əlaqələri qurur, danışıqlar apardığını iddia edir", - o deyib.
Məmmədov qeyd edib ki, belə danışıqların heç bir hüquqi, siyasi və digər əsası yoxdur, ola da bilməz.