Radikal müxaliftəin sıraları daha sürətlə seyrəlir
22 Fevral 2013 10:20 (UTC+04:00)
Artıq demək olar ki, hər gün mövcud hakimiyyətə qarşı radikal
müxalif cəbhədə duranlarlarda qopmaların olduğu barəsində
məlumatlar alırıq. Qopan şəxslər arasında isə köhnə
partiyadaşlardan daha çox cavan nəslin olduğu müşahidə olunur.
Hətta bu ayrıntılar azmış kimi, onların sonrakı fəaliyyətləri
müxalifəti daha kəskin narahat edir. Düzdür, bu qopmaların tarixi
çox – çox əvvəlki illərdən başlasa da, son 1 ildə daha da
intensivləşib. Çünki, son vaxtlar cəmiyyətimizdə ardıcıl baş verən
hadisələr radikal müxalifət lideləri ilə onların rəhbəri olduqları
partiyların sıravi üzvləri arasında ciddi fikir ayrılıqları
yaradıb.
Milli Dirçəliş Partiyasının sədr müavini Seymur Həsənli bildirir
ki, radikal müxalifət liderləri son 20 ildə siyasətlərində
manipulasiya edirlər: "Türk milli qüvvələrlə görüşəndə özlərini
Azərbaycanın milli qüvvələri kimi, Avropa və ABŞ – da olanda isə
tamam başqa cür təqdim edirlər. Hətta Müsavat Partiyası Almaniyada
liberal partiyaların toplantısında ermənilərlə bir yerdə protokala
imza qoyub ki, Cənubi Qafqazda liberallşama ilə bağlı məsələlərdə
iştirak edən tərəf kimi özünü tədim etsin. Bundan başqa, xaricdən
gələn sifariş nəticəsində Divanın qərarı ilə nizamnamələrində
türkçülük ideologiyasın çıxardıblar.
18 yaşa qədər olan Azərbaycan gəncliyini müəyyən ana qədər
aldadaraq hansısa sahəyə yönləndirmək mümkündür. Amma o gəncin
siyasi savadı formalaşdıqca həqiqəti dərk edir və öz liderini
görür. Radikal müxalifət liderləri həmişə millilikdən danışırlar.
Gəncliyə də bunu inandırmağa çalışmışdılar. Əkrəm Əylisli
olaylarında bütün cəmiyyət bir oldu. Amma gənclik gördü ki,
millilikdən danışan qüvvələr Əkrəm Əylisli məsələsində loyal
oldular. Onların bir hissəsi Əkrəm Əylislini müdafiə etdi. Gənclik
də bunu görürdü. Digər məsələlərdə də radikal müxalif liderlər
vahid fikir ortaya qoymurlar".
Seymur Həsənli bildirir ki, cəmiyyətdə müxalif düşüncə olmalıdır:
"Amma bunun olması o demək deyil ki, müxalifət dövlətçiliyin
əleyhinə çevrilməlidir. Gənclər də həqiqəti dərk edirlər. Görürlər
ki, üzvü olduğu partiyalar milli məsələ ilə bağlı ortaya vahid
mövqe qoya bilmirlər. Son hadisələrdə ortaya müxtəlif siyasi
oyunlar atıldı. Ancaq gənclik bu oyuna getmədi. Çünki, artıq
gənclik milli, dövlətçilik məsələlərində həssasdır. Əslində,
radikal müxalifətdə qopmalar bu gündən başlamayıb və bundan sonra
da getdikcə daha dərinləşəcək".
Vəhdət
Partiyasının sədri Tahir Kərimli bildirir ki, hər halda radikal
müxalif partiyaların özlərində də düşünənlər var: "İçəridə həzm edə
bilmirlər, özlərində acıq yaranır. İndi hardasa bir hadisə baş
verirsə, gedib ordan faydalanmaq istəyirlər, özlərinə dividend
axtarırlar. Bu hərəkətləri də aşağı təbəqələrində, xalqda bir acıq
yaradır. Kəmfürsətçilik, hadisələrdən faydalanmaq cəhdi isə aşağı
təbəqələrin qopmalarına səbəb olur".
Sədrin sözlərinə görə, radikal müxalifət nəinki sosial bazasını
itirib, həm də onlarda "köhnə qvardiya" dan demək olar ki, heç kim
qalmayıb: "Bu da qeyri – ixtiyari öz şəbəkəsinə, rayon – şəhər
strukturlarına da təsir edib. Həmin partiyalara ancaq onları
tanımayan gənclər üzv olurlar. Amma onlar da tezliklə pərişanlıq
keçirirlər. Çünki, arzuladıqlarını görmürlər. Görürlər ki, həmin
partiyalar bunlar bildikləri, eşitdikləri kimi deyillər".