"Qarabağ" Gürcüstan çempionunu darmadağın etdi

12 İyul 2017 08:45 (UTC+04:00)

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunlarına start verilib. Azərbaycan çempionu “Qarabağ” da ilk oyun günündə mübarizəyə qoşulub. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, Ağdam klubu evdə Gürcüstan çempionu "Samtredia"nı qəbul edib. Təmsilçimiz 5 cavabsız qol sayəsində rəqibini məğlubiyyətə uğradıb.

Çempionlar Liqası

II təsnifat mərhələsinin ilk oyunu

11 iyul

21:00. “Qarabağ” (Azərbaycan) – “Samtredia” (Gürcüstan) - 5:0

Qollar: Əfran İsmayılov 10 (pen.), Dino Ndlovu 39, 45+1 (pen.), Donald Qerryer 83, Miçel Madeyra 90+2

Baş hakim: Mete Kalkavan

Yan xətt hakimləri: Esat Sancaktar, Erdem Bayik

Dördüncü hakim: Halil Umut Meler

UEFA nümayəndəsi: Qraham Hover (İngiltərə)

Hakim-inspektor: Vladimir Antonov (Moldova)