Türkiyədə Gürcüstanın uşaq ansamblını daşıyan avtobus qəza törədib

16 İyul 2017 14:27 (UTC+04:00)

Türkiyənin Girəsun şəhərinin yaxınlığında Gürcüstandan olan "Lampberi" uşaq ansamblını daşıyan avtobus qəza törədib.

Movqe.az-ın verdiyi məlumata görə, qəza nəticəsində 38 nəfər xəsarət alıb. Xəsarət alanlar şəhərin bir neçə xəstəxanasına yerləşdirilib.

Məlumata əsasən, qəza avtobusun təkərinin partlaması nəticəsində baş verib.