Sumqayıtda 3 azyaşlı uşaq dənizdə batmaq təhlükəsi ilə üzləşib

16 İyul 2017 20:15 (UTC+04:00)

Sumqayıtda 3 azyaşlı dənizdə batmaq təhlükəsi ilə üzləşib.

Movqe.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Sumqayıt şəhərində 3 azyaşlının dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat saat 17:10-da başa çatıb.