Dənizdə batan şəxs xilas olunub

16 İyul 2017 21:10 (UTC+04:00)

Dənizdə batan şəxs xilas olunub.

Movqe.az  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Əməliyyat saat 18:55-də başa çatıb.