Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb

17 İyul 2017 10:15 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankının qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Movqe.az-a verilən məlumata görə, iyulun 14-də Palata tərəfindən Mərkəzi Bankın hər birinin nominal dəyəri 100 manat olan 2,000,000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100258S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Sözügedən notların tədavül müddəti 28 gündür.