Bakıda orta məktəbdə oğurluq olub

17 İyul 2017 13:26 (UTC+04:00)

Bakıdakı orta məktəblərdən birində oğurluq hadisəsi baş verib. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də rayon ərazisindəki orta məktəblərdən birində otaqdan içində 900 manat pul və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Ordubad rayon sakini, əvvəllər məhkum olunmuş Ağamalı Əliyev tutulub.