FHN batan 2 şəxsi xilas etdi

17 İyul 2017 14:59 (UTC+04:00)

Dənizdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən (FHN) Movqe.az-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.