Prezident Riqada "Azadlıq" abidəsini ziyarət edib (FOTO)

17 İyul 2017 14:43 (UTC+04:00)

İyulun 17-də Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Raymonds Veyonis Riqa şəhərindəki “Azadlıq” abidəsini ziyarət ediblər.

Abidənin ucaldıldığı mərkəzi meydanda fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlət başçıları abidənin önünə əklil qoydular, Latviyanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad etdilər.

Hərbi orkestrin ifasında Azərbaycanın və Latviyanın dövlət himnləri səsləndirildi.