Ermənilər öz rəhbərlərinə nifrət edirlər

18 İyul 2017 09:32 (UTC+04:00)

“Serj Sarkisyan cinayətkardır! Oliqarx xuntasının başçısı və satqındır! Bu, İrəvan küçələrində aparılan video-sorğuda “Serj Sarkisyan haqqında nə düşünürsünüz?” sualına ermənilərin verdiyi cavabdır. Yeniyetmədən tutmuş yaşlı nəslin nümayəndələrinin də iştirak etdiyi sorğuda ermənilər Sarkisyanı “Millətin üz qarası” adlandırıb. İrəvan sakinləri ölkələrində hökm sürən bahalıq, yoxsulluq və Ermənistanın beynəlxalq arenadakı nüfuzu olmayan ölkə olmasına görə Sarkisyanı günahlandırıblar”.

Ermənistan əhalisini qınamalı deyil. Sarkisyanın tutduğu vəzifə seçkilidir. Lakin onun seçki prosesində elə pozuntular baş verib ki, seçki dönüb təyinat olub. İndi Sarkisyan arın-arxayın oturub kreslosunda, böyür-başındakı cinayətkar dostlarının əhatəsində cinayət əməllərini davam etdirir. Sadəcə, gənclik illərində “avtoritet oğrular”la əlbir olub pul əldə edirdisə, indi daha böyük interkriminal əməllər, mafiya başçıları və dövlət başçısı kimi qonşu Azərbaycanın ərazisində təcavüzkarlıq cinayətləri ilə var-dövlət yığır. Amma nəticə etibarı ilə “çanaq xalqın başında çatlayır”. Erməni xalqı yaman gündə yaşayır. İrəvan küçələrindəki sorğunun nəticələri dediklərimizə əyani sübutdur. 
Bu gün erməni cəmiyyəti ölkənin ağır vəziyyətinə biganə deyil. Siyasi və seçki texnologiyaları üzrə ekspert Armen Badalyan “tert.am” saytında dər edilmiş məqaləsində yazır ki, “Ermənistanın daxili siyası həyatı yarımcan vəziyyətdədir”. O qeyd edir ki, simasız, mənən süst vəziyyətə düşmüş yaşadıqları cəmiyyət emiqrasiya psixologiyası ilə yaşayır. Təbii ki, cəmiyyətin bu hala düşməsi birbaşa olaraq ölkənin siyasi hakimiyyətinin Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlıdır. Çünki, bu gün Ermənistandakı sosial vəziyyətin ağırlığı, əhalinin yoxsul yaşaması, ölkənin xarici borcunun bu işdə müvafiq limiti bir neçə dəfə aşması məhz hakimiyyətin təcavüzkarlığı nəticəsində baş verib. Yaşlı ermənilər, xüsusilə də qarabağlı ermənilər vaxtilə yaşadıqları xoş günlər haqda yalnız düşünə bilirlər. Hətta Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşamış ermənilər işğaldan əvvəl yüksək həyat tərzinə malik idilər. Onlar Azərbaycanın özündə digər regionlardan varlı yaşayırdılar. Amma Azərbaycanın var-dövləti, vəsaiti hesabına bu proses baş verirdi. İndi isə Ermənistanın kasıb büdcəsi onları heç zəruri istehlak malları ilə təmin etməyə belə çatmır. 
İşğal edilmiş ərazilərini azad etmək uğrunda qətiyyətli mübarizə aparan güclü Azərbaycan da Ermənistanı daim təzyiq altında saxlayır. Regionda həyata keçirilmiş böyük və gəlirli layihələrdən Ermənistanın kənarda qalması məhz Azərbaycanın xidməti sayəsində mümkün olub. Nə qədər ki, Ermənistan Azərbaycanın işğal edilmiş torpaqlarından qoşunlarını çıxarmayacaq, bu siyasət davam edəcək və demək, Ermənistan dövləti kasıblıq içərisində çabalayacaq. Çünki, Serj Sarkisyanın ağılsız siyasəti ilə bu ölkənin düçdüyü bataqlıqdan çıxması heç cür mümkün deyil.     
Avrasiya ekspert klubunun üzvü Aşot Tavadyan erməni mətbuatında dad döyür ki, Ermənistanın xarici borcu 6 milyard dollara çatıb ki, bu da ÜDM-in 56,7%-i deməkdir. Bu, erməni iqtisadçılarında çox ciddi həyəcan doğurur. Ötən il ölkənin daxili borçu isə 14,4%-dən 19,3%-ə qədər artıb. Göründüyü kimi Ermçənistanın iqtisadi vəziyyəti ildən-ilə pisləşir. Lakin hakimiyyət bunların aradan qaldırılması üçün boş vərlər verməkdən başqa bir iş görməyə qabil deyil. 
Beləliklə, Ermənistanda ictimai-siyasi vəziyyətin çoxdan daqvam edən gərginliyi indi son həddinə çatıb. İndiyədək tanınmış erməni ictimai xadimləri, aryı-ayrı siyasıtçilər, hətta humanist ideyaları təbliğ edən erməni yazıçıları xalqı Serjə qarşı üsyana, əllərinə silah götürüb hakimiyyəti devirməyə çağırıblar. Çünki, bu üfunətin girdabından qurtulmaq üçün ayrı yol görmürlər. Azərbaycanın sülhpərvər çağırışlarını qulaqardına vuran erməni siyasi hakimiyyəti də xalqı bu yola vadar edir. İndiki vəziyyət də göstərir ki, vaxt-vədə yetişib, S.Sarkisyan prezidentlikdən getməli, yerini daha praqmatik siyasətçiyə verməlidir. Əks halda Ermənistanda üsyan qaçılmazdır.
 

N.NOVRUZ