Bakıda turistə 1700 dollar "atdılar"

17 İyul 2017 18:19 (UTC+04:00)

Pakistandan Azərbaycana gələn turistin 1700 dolları dələduzluq yolu ilə ələ keçirilib.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə 1993-cü il təvəllüdlü Pakistan vətəndaşı Sayid  İbrahimşah 102 xidmətinə zəng edərək məlumat verib.

O bildirib ki, iyulun 6-da Azərbaycana gəlib, səhərigün, yəni iyulun 7-də "28 Mall"  Ticarət Mərkəzində tanışı Veysəllə görüşərək özünə  məxsus  sənədləri  tərcümə  edərək  notariusda  təsdiq  etməsi  üçün  ona verib. Bir neçə saat sonra isə həmin şəxslər yenidən Xəqanı parkında görüşüb və əlavə olaraq 1000 dollar verib. 

Lakin Veysəl aldığı şəxs nə aldığı 1700 ABŞ dollarını, nə də sənədləri qaytarıb.

Araşdırma aparılır.