Bakı sakini atasının qəbri üstə intihar etdi

18 İyul 2017 10:25 (UTC+04:00)

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

Movqe.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Keşlə kənd qəbirstanlığında qeydə alınıb. 

Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Emin Xasay oğlu atası, Əliyev Xasay Qacay oğlunun qəbrinin yanında özünü şam ağacından asaraq intihar edib.

Faktla bağlı Xatai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.