Neftçala sakinindən silah və narkotik götürülüb

19 İyul 2017 12:11 (UTC+04:00)

Neftçala rayon sakinindən silah və narkotik götürülüb.
 
Movqe.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis  əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Faiq Hüseynovdan nömrəsi silinmiş "TOZ-8" markalı tüfəng, 15 ədəd patron və 30 qram tiryək aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.