Atası gecə saatlarında vəfat edən türk müğəninin dəfninə getməyəcək

20 İyul 2017 12:36 (UTC+04:00)

"Cənazə namazına səhhətim imkan vermədiyi üçün iştirak etməyəcəyəm".

Movqe.az  milli.az-a istinadən xəbər verir ki, bunu dünən axşam saatlarında vəfat edən türk müğənni Harun Kolçakın atası Eşref Kolçak deyib.

 
Azərbaycana gəlmək istəyən məşhur türk müğənnisi öldü - FOTO
Qeyd edək ki, türk pop musiqinin əfsanə isimlərindən Harun Kolçak (62) dünən axşam 22.50 radələrində vəfat edib. Bir müddətdir prostat xərçəngindən əziyyət çəkən müğənninin ölümünə səbəb böyrək çatışmazlığı olub. Həkimlərin bütün səylərinə baxmayaraq məşhur sənətçinin həyatını xilas etmək mümkün olmayıb.