Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib

20 İyul 2017 12:21 (UTC+04:00)

Jurnalistlər üçün tikilmiş ikinci binada mənzillərin paylanması mərasimi keçirilib.
 
Movqe.az-ın məlumatına görə, 255 jurnalistə mənzillərin paylanması püşkatma yolu ilə olub.
 
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə tikilən 3 bloklu, 17 mərtəbəli bu binanın ümumi inşaat sahəsi 34 min kvadratmetrdir. Binada 9 bir otaqlı, 144 ikiotaqlı, 93 üçotaqlı və 9 dördotaqlı olmaqla, 255 mənzil var.