Roma papasının İtaliya prezidenti ilə vida görüşü olacaq
23 Fevral 2013 12:46 (UTC+04:00)
Bu gün vəzifəsindən gedəcəyini bildirmiş Roma papası XVI Benediktin
İtaliya prezidenti Corco Napolitano ilə vida görüşü keçiriləcək.
Movqe. az xəbər verir ki, son 600 il ərzində rast gəlinməyən
papanın istefası ilə bağlı rəsmi mərasim isə fevralın 28-də baş
tutacaq.
İtaliya prezidentilə görüşə gəldikdə, orada tezliklə yeni papa
seçkilərində iştirak edəcək bir sıra kardinallar da olacaq. Avropa
mətbuatında yayılan xəbərlərə görə, papa öz taxt-tacını homoseksual
din xadimlərinin olması haqqında məlumatın sızması səbəbiylə tərk
etmək qərarına gəlib.