Rusiyada axtarışda olan azərbaycanlının meyiti tapıldı

20 İyul 2017 16:48 (UTC+04:00)

Dünən Kiyevdə qətlə yetirilən Rusiya vətəndaşının kimliyinə aydınlıq gəlib.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, bu şəxs milliyətcə azərbaycanlı, Rusiyanın Altay diyarında qeydiyyatda olan Asif Məmmədovdur.

O, qətl hadisəsinə görə Rusiya Federasiyası tərəfindən axtarışa verilibmiş. Onun qisas zəminində qətlə yetirildiyi ehtimal edilir.