Prezident İlham Əliyev Bakının Pirallahı rayonunda "Nərəkənd" kompleksində yaradılan şəraitlə tanış olub

21 İyul 2017 11:35 (UTC+04:00)

İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda balıq yetişdirmə ferması, park, iaşə, əyləncə və istirahət mərkəzini əhatə edən "Nərəkənd" kompleksində yaradılan şəraitlə tanış olub.

Movqe.az  bildirir ki, rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə rayonda və kompleksdə yaradılan şərait barədə ətraflı məlumat verdi.