Toy tarixləri bəlli oldu

21 İyul 2017 12:56 (UTC+04:00)

"Arka sokaklar" serialında tərəf müqabili olduqdan sonra ailə quran və bir müddət sonra boşanan Qamze Özçelik və Uğur Pektaş ikinci dəfə evlənir.

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, cütlük 3 həftə əvvəl gizli şəkildə barışıblar. 

Bir uşaqları olan "Arka Sokaklar" serialının ulduzları yenidən nikah masasına oturacaqlar. Onu da qeyd edək ki, birinci dəfə gizli toy edən ikili bu dəfə fərqli davranacaq və onların toy tarixi avqust ayına planlaşdırılıb.