Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

21 İyul 2017 17:18 (UTC+04:00)

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Trend-in məlumatına görə, iclası açıq elan edən MSK sədri Məzahir Pənahov əvvəlcə Milli Mətbuat Günü münasibətilə təbriklərini çatdırıb.

Daha sonra iclasda bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib.

İclasda həmçinin cari məsələlər müzakirə edilib.

M.Pənahov dairə seçki komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi tapşırıqlar verib.